“Real Madrid” klubu Qonsalu Qedeşi heyətinə qatmaq istəyir
“Real Madrid” futbol klubu PSJ-nin yarımmüdafiəçisi Qonsalu Qedeşi heyətinə qatmaq istəyir.

Hazırda portuqaliyalı futbolçu icarə əsasında “Valensiya”da çıxış edir.

Daha əvvəl 21 yaşlı futbolçunun transferi üçün PSJ klubu “Valensiya”dan 40 milyon avro istəmişdi. Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Real”a rəqib olan PSJ Qedeşi Madrid təmsilçisinə əvvəl istədiyi qiymətdən artıq məbləğə satacağı bildirilib.

Qeyd edək ki, maliyyə fair-pley qaydalarına görə, PSJ iyunun 30-dək transfer məbləği 80 milyon avrodan aşağı olmayan futbolçunu satmalıdır.

Xəbər 572 dəfə oxundu.