“Real Madrid” klubu Məhəmməd Salahı heyətinə qatmaq istəyir
“Liverpul” futbol klubunun yarımmüdafiəçisi Məhəmməd Salah “Real Madrid”in maraq dairəsinə düşüb.

Madrid təmsilçisi 25 yaşlı misirli futbolçunu heyətinə qatmaqda israrlıdır.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” klubu “Liverpul”dan Filippe Koutinyonu transfer edib. Futbolçunun keçidi ümumilikdə 160 milyon avro məbləğində transfer müqaviləsi əsasında reallaşıb. Bu, “Barselona”nın tarixində ən bahalı, dünyada isə Neymar və Mbappedən sonra üçüncü ən yüksək ödənişli transfer müqaviləsidir.

Xəbər 655 dəfə oxundu.