“Neftçi”nin əvəzedici heyəti beş yoxlama oyununda qüvvəsini sınayacaq
“Neftçi” futbol klubunun əvəzedici komandası çempionatın ikinci hissəsinin hazırlığını davam etdirir.

Bugünkü məşq klubun bazasında olub.

Yanvarın 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Yanvarın 14-də U-19 millisi, bir həftə sonra “Səbail”in, ertəsi gün isə “Neftçi”nin 19 yaşadək ibarət komandaları ilə yoxlama oyunlarının təşkili nəzərdə tutulub.

Yanvarın 30-da keçirilməsi nəzərdə tutulan görüşdə isə rəqib dəqiqləşməyib.

Xəbər 586 dəfə oxundu.