Andreas Kristensen “Çelsi” ilə 2022-ci ilədək müqavilə imzalayıb
İngiltərənin “Çelsi” futbol klubu müdafiəçi Andreas Kristensen ilə müqaviləni yeniləyib.

Klub futbolçu ilə 4,5 illik anlaşma imzalayıb.

A.Kristensen bildirib ki, “Çelsi” ilə yeni müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Klubun bir hissəsi olmaq qürurvericidir. “Çelsi”nin uğurları üçün bundan sonra da əlimdən gələni etməyə hazıram.

Qeyd edək ki, 21 yaşlı danimarkalı futbolçu cari mövsüm İngiltərə Premyer Liqasında 16 oyunda meydana çıxıb.

Xəbər 1024 dəfə oxundu.