Azərbaycan Albaniya ilə görüşəcək
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının daha bir rəqibi müəyyənləşib.

Hazırlıq prosesində 3 yoldaşlıq oyunu keçirəcək Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Albaniya ilə də qarşılaşacaq.Yığmamız bu ölkənin U-21 komandası ilə 2 dəfə üz-üzə gələcək. Bu matçlar yanvarın 21-də və 26-da baş tutacaq.

Yanvarın 23-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma ilə görüşün keçiriləcəyi isə öncədən bəlli idi.Artıq hər üç oyunun başlama vaxtı da dəqiqləşib. Qarşılaşmaların hamısı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Apasport.az

Xəbər 1165 dəfə oxundu.