Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək
Yanvarın 10-dan 27-dək Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Toplanış Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədi daşıyır.

Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva toplanışa Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardoso, Ramiz Çovdarov, Thiaqo Teles Martins, İsa Atayev, Anar Məmmədov, Xətai Bağırov (hamısı “Araz”), Samir Həmzəyev, Emin Kürdov, Namiq Məmmədkərimov (hər üçü EKOL), Villiams Oliveira Do Nascimento “Vassoura” (“Al Dhafra”, Birləşmiş Ərəb Əmirlikləri), Fineo de Araujo (“Agleymina Hamamatsu”, Yaponiya) və Vitali Borisovu (“Ekonomaç”, Serbiya) dəvət edib.

Vitali Borisov, Fineo de Araujo və Villiams Oliveira Do Nascimento “Vassoura” komandaya yanvarın 18-də qoşulacaq.

Xəbər 593 dəfə oxundu.