Biliç, Ranqnik və de Byazi Avstraliya yığmasının baş məşqçisi postuna iddiaçıdırlar
Avstraliya Futbol Federasiyası yığmanı 2018-ci ilin dünya çempionatına çıxaran Enc Postekoğlunun gedişindən sonra yeni baş məşqçi axtarmaqda davam edir.

Son günlərdə avstraliyalılar üç mütəxəssis - “RB Leypsiq”in idman direktoru Ralf Ranqniklə, həmçinin Slaven Biliç və Canni de Byazi (hər ikisi müstəqil mütəxəssis) ilə ünsiyyət qurublar.

2018-ci ilin dünya çempionatında Avstraliya yığması “C” qrupuna düşüb və Fransa (Kazan, 16 iyun), Danimarka (Samara, 21 iyun) və Peru (Soçi, 26 iyun) yığmaları ilə qarşılaşacaq.

Xəbər 570 dəfə oxundu.