Yeniyetmə boksçular arasında Bakı brinciliyinə start verilib
Yanvarın 9-da yeniyetmə boksçular arasında açıq Bakı birinciliyinə start verilib. Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü sınayır.

Turnirə paytaxt klubları ilə yanaşı, səkkiz rayon komandası da qatılıb. 2002-2003-cü il təvəllüdlü boksçular arasında təşkil olunan yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Final döyüşləri yanvarın 12-də keçiriləcək.

Xəbər 772 dəfə oxundu.