Futbol üzrə Çili millisinin baş məşqçisi müəyyənləşib | |
Çili Futbol Federasiyası Reynaldo Ruedanın baş məşqçi təyin edildiyini elan edib. Kolumbiyalı mütəxəssislə 2022-ci ilədək müqavilə imzalanıb. Komanda 2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağı təqdirdə sözləşmə artırılacaq. Altmış yaşlı Rueda bir dəfə Honduras millisini dünya çempionatına yüksəldib. Onun ən böyük uğuru isə “Atletiko Nasyonal”la 2016-cı ildə Lebrtodores kubokunu qazanmasıdır. Xatırladaq ki, Çili millisi dünya çempionatına vəsiqə əldə edə bilmədiyinə görə baş məşqçi Xuan Antonio Pissini istefaya göndərmişdi. |
|
Xəbər 567 dəfə oxundu. |
|
|