Kəmaləddin Heydərov WTF-in İcraiyyə Komitəsinin iclasında iştirak edib
Misirin Şarm əl Şeyx şəhərində Ümumdünya Taekvondo Federasiyası (WTF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Taekvondo Federasiyasının mətbuat xidmətindən, yığıncaqda WTF-in vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak edib.

İclasda döyüşlərə təbiq edilən yeniliklərə və qarşıdakı rəsmi yarışların təqviminə aydınlıq gətirilib. Belə ki, 2013-cü ildə böyüklər arasında dünya çempionatının Meksikada, dünya kuboku və parataekvondo üzrə IV dünya çempionatının Seneqalda, 2014-cü ildə gənclərin dünya çempionatının isə Tayvanda keçiriləcəyi təsdiqlənib.

Şarm əl Şeyx Beynəlxalq Konqres Mərkəzində, WTF-in XXlll Baş Assambleyasında isə Dünya Taekvondo Federasiyası İcraiyyə Komitəsinin qərara aldığı məsələlər açıqlanıb. Təşkilatın 74 ölkəsinin nümayəndələrinin qatıldığı məsul yığıncaqda WTF-in İcraiyyə Komitəsinin üzvü, ATF-in birinci vitse-prezidenti Füzuli Musayev də iştirak edib. Assambleyada əsasnəmənin bəzi bəndlərində nəzərdə tutulan dəyişikliklər səsvermə ilə qəbul olunub. Sonda WTF-in prezidenti doctor Çunqvon Çou, olimpiadaya lisenziya götürən ölkələri təbrik edərək uğurlar arzulayıb.



Xəbər 1124 dəfə oxundu.