“Zirə”nin baş məşqçisi futbolçularla görüşüb
“Zirə” futbol klubu mövsümün ikinci yarısının hazırlığına start verib.

Komanda Bakı Olimpiya Stadionunda bir araya gəlib. İlk olaraq baş məşqçi Ayxan Abbasov mövsümün qalan hissəsi ilə bağlı futbolçularla söhbət edib.

Komandanı qarşıda çətin oyunlar gözlədiyini bildirən A.Abbasov futbolçulara tövsiyələrini verib. O, həmçinin yeni oyunçuları komandaya təqdim edib və onlara uğurlar arzulayıb.

Yalnız yerli futbolçuların iştirak etdiyi məşqə komandanın yeni transferləri də qatılıb. Legionerlər isə bir neçə gündən sonra çalışmalara qoşulacaq.

Xəbər 1033 dəfə oxundu.