Braziliyalı yarımmüdafiəçi futbol karyerasını Azərbaycanda davam etdirəcək
Keçən il mövsümü Qazaxıstanın “Aktobe” heyətində başlamış braziliyalı yarımmüdafiəçi Viktor Junior (6 matç – Qazaxıstan Premyer Liqasının turniri çərçivəsində 1 qol) futbol karyerasını Azərbaycanda davam etdirəcək.

31 yaşlı idmançı “Aktobe” komandasından ayrılandan sonra Braziliyanın ABC futbol klubunda çıxış edib.

Viktor Junior 2017/2018-ci illər mövsümünün ikinci yarısında Azərbaycanın “Neftçi” klubunda oynayacaq.

Xəbər 1124 dəfə oxundu.