“Qarabağ”ın Antalyadakı rəqibləri müəyyənləşib
Ağdamın “Qarabağ” futbol klubu Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçirəcək.

Azərbaycan çempionunun bütün rəqibləri və oyunların keçiriləcəyi vaxt məlum olub.

“Qarabağ” ilk matçında yanvarın 17-də Rusiyanın “Kuban” klubu ilə qarşılaşacaq. Baş məşqçi Qurban Qurbanovun komandası yanvarın 20-də Polşanın “Lexiya”, beş gün sonra isə Makedoniyanın “Şkupi” və Ukraynanın “Mariopul” klubları ilə üz-üzə gələcək.

“Qarabağ”ın beşinci sınağı yanvarın 29-da Bosniya və Herseqovinanın “Sarayevo” komandasına qarşı olacaq. Sonuncu yoxlama matçında isə fevralın 3-də Monteneqronun “Mladost” komandası rəqib olacaq.

Xəbər 992 dəfə oxundu.