“Neftçi İdman Klubu”nun U-12 komandası Trabzonda təlim-məşq toplanışında olub
“Neftçi İdman Klubu”nun 12 yaşadək futbolçulardan ibarət komandası Türkiyənin Trabzon şəhərində təlim-məşq toplanışında olub.

Klubdan bildiriblər ki, komanda bu müddət ərzində paralel olaraq həm də dörd yoldaşlıq görüşü keçirib.

Böyük əzmkarlıq nümayiş etdirən futbolçularımız bütün qarşılaşmaları qələbə ilə başa vurublar. Təmsilçimiz “Trabzonspor”, “Ortahisar”, “Yolspor” və “Soyuqsuspor” komandalarını müvafiq olaraq 4:1, 5:3, 6:0 və 11:3 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbər 908 dəfə oxundu.