“Neftçi”nin məşqçiləri milli komandaya dəvət olunublar
“Neftçi” futbol klubunun əvəzedici komandasının məşqçisi Aleksandr Qross və U-17 kollektivinin baş məşqçisi Arslan Quliyev Azərbaycan millisinə dəvət olunublar.

Milli komandalarda çalışmaları üçün hər iki mütəxəssisin “Neftçi” ilə müqaviləsinə xitam verilib.

Klub rəhbərliyi Aleksandr Qrossa və Arslan Quliyevə klubdakı xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər 1110 dəfə oxundu.