“Neftçi İdman Klubu”nun kikboksçuları beynəlxalq turnirdə iki medal qazanıblar
Kiyevdə kikboksinq üzrə “Wizard Open-2017” beynəlxalq turniri keçirilib. Yarışda 300-dən artıq idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu” Azərbaycan yığmasının heyətində iki yetirməsi ilə təmsil olunub və onların hər ikisi mükafata layiq yer tutub.

Turnirdə 71 kiloqram çəki dərəcəsində mübarizə aparan Sehran Baxşıyev loukik versiyasında turnirin qalibi adını qazanıb. İsgəndər Hacıyev (67 kq) isə full kontakt yarışlarının gümüş medalına sahib olub.

Klubun kikboksinq üzrə məşqçisi Elnur Alıyev isə turnirdə ədalət təmsilçisi qismində çıxış edib.

Xəbər 600 dəfə oxundu.