“Azəryol” və “Kristianstad” həndbol komandaları arasındakı oyunlar Bakıda təşkil olunacaq
Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubunun “Çağırış Kuboku” uğrunda yarışlarda İsveçin “Kristianstad” komandası ilə qarşılaşacağı vaxt müəyyənləşib.

Komandalar arasında dörddəbir final mərhələsi uğrunda görüşlərin fevralın 2-də və 3-də Bakıda keçirilməsi nəzərdə tutulub.

Qonaqlar ilk qarşılaşmada nominal ev sahibi kimi çıxış edəcəklər.

AZƏRTAC

Xəbər 1100 dəfə oxundu.