Virgil Van Diyk futbol tarixinin ən bahalı müdafiəçisi olub
İngiltərə Premyer Liqasının güclü klublarından olan “Liverpul” hollandiyalı müdafiəçi Virgil Van Diyki heyətinə qatmaq üçün 75 milyon funt sterlinq (85 milyon avro) ödəməklə klub tarixinin ən bahalı transferini reallaşdırıb.

Bu, həm də futbol tarixində bir müdafiəçinin transferi üçün ödənilən ən yüksək məbləğdir. İyirmi altı yaşlı mərkəz müdafiəçisinin həftəlik maaşının 180 min funt sterlinq (202 min avro) olacağı bildirilir.

Futbolçu ara transfer dönəminin başlayacağı 2018-ci il yanvarın 1-dən yeni klubunun formasını geyəcək.

Van Diyk 2015-ci ilin yayında 15,7 milyon avro müqabilində “Seltik”dən “Sauthampton”a transfer olunmuşdu.

AZƏRTAC

Xəbər 591 dəfə oxundu.