Daxili İşlər Nazirliyinin əməkdaşı beynəlxalq turnirin qalibi olub
Azərbaycan boksçusu Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirdə Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin üç əməkdaşı qüvvəsini sınayıb.

Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarışda yerli idmançılarla yanaşı, 14 xarici ölkənin komandası iştirak edib. Çempionatda 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

DİN İdman Cəmiyyətinin millimizin heyətində çıxış edən idmançısı, Əflatun Babayev (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Cəmiyyətin digər yetirməsi Cavid Qurbanov (69 kq) yarımfinala qədər irəliləyərək bürünc medala layiq görülüb.

Boksçuları bu yarışa İdman Cəmiyyətinin müəllimi, Əməkdar Məşqçi Yadigar Məmmədov hazırlayıb.

Xəbər 675 dəfə oxundu.