Azərbaycan komandası MDB ölkələri arasında idman festivalında iştirak edib
Rusiyanın Ximki şəhərində MDB ölkələrinin ailə komandaları arasında idman festivalı keçirilib.

Tədbir Rusiya Federasiyasının İdman Nazirliyi, Ümumrusiya Məktəb İdman Federasiyası və Moskva Vilayəti Hökuməti tərəfindən təşkil olunub.

Festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Ukrayna, Moldova, Qırğızıstan, Türkmənistan, Tacikistan, Ermənistan və Qazaxıstanı təmsil edən 250 iştirakçı mübarizə aparıb.

Qeyd edək ki, Azərbaycan komandasını təmsil etmiş ailə komandası festivala Baş İdarə tərəfindən ezam olunub.

Xəbər 620 dəfə oxundu.