Məşqçi-müəllimlər və idmançılar mükafatlandırılıblar
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin 2017-ci ildə yüksək nəticə göstərən məşqçi-müəllimlərinin və idmançılarının mükafatlandırılması mərasimi keçirilib.

tədbirin keçirilməsinin məqsədi məşqçi-müəllimlərin və idmançıların əməyini qiymətləndirmək, onların daha yüksək nəticələr əldə etmələrinə stimul yaratmaq olub.

Tədbirdə 2017-ci ildə mərkəz tərəfindən həyata keçirilmiş idman yarışları, layihələr, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak, uşaq və gənclərin idmana cəlbi, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülmüş işlər, əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilib.

Sonra 2017-ci ildə müxtəlif idman növləri üzrə yüksək nəticə əldə etmiş 22 idmançıya, uşaq və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğində səmərəli fəaliyyət göstərdiyinə görə 26 məşqçi-müəllimə “Təhsil” Respublika İdman Mərkəzinin fəxri fərmanı və hədiyyələr təqdim olunub.

Xəbər 637 dəfə oxundu.