Nəriman Abbasov yeni müqaviləyə imza atıb
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb.

İdmançı “Fight Night”la anlaşma imzalayıb. Müqaviləyə əsasən, yüngül çəkidə mübarizə aparacaq 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.

Peşəkar karyerasına 2013-cü ildə başlayan N.Abbasov indiyədək 20 döyüş keçirib. On yeddi qələbə qazanıb, 3 dəfə uduzan döyüşçümüz 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında “Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.

Xəbər 1473 dəfə oxundu.