Fatih Terimin rəhbərliyi altında “Qalatasaray” qələbə qazanıb
Dekabrın 24-də futbol üzrə Türkiyə Super Liqasında XVII turun növbəti oyunları keçirilib.

“Kayserispor” səfərdə “Malatyaspor”a 0:1 hesabı ilə məğlub olub, “Karabükspor”-“Trabzonspor” oyunu isə heç-heçə yekunlaşıb – 1:1.

Turnir cədvəlinin lideri “Başakşehir” isə səfərdə “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəlib.

Turun maraqla qarşılaşan görüşü isə “Qalatasaray”-“Göztepe” matçı olub. Yenidən “Qalatasaray”ın sükanı arxasına keçən Fatih Terimin rəhbərliyi altında İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdır. Daha əvvəl 1996-2000-ci il, 2002-2004-cü və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Fatih Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.

XVII tura dekabrın 25-də keçiriləcək “Osmanlıspor”-“Akhisarspor” matçı ilə yekun vurulacaq.

“Başakşehir” 36 xalla turnir cədvəlinin lideridir. “Qalatasaray” 35 xalla ikinci, “Fənərbağça” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 730 dəfə oxundu.