“Kəpəz” futbol klubu Antalyada dörd yoxlama oyunu keçirəcək
“Kəpəz” futbol klubu Antalyada keçirəcəyi təlim-məşq toplanışı müddətində dörd yoxlama oyununa çıxacaq.

Gəncə klubunun rəqiblərindən üçü artıq məlumdur. Komandamız yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), altı gün sonra “Yagelloniya” (Belostok, Polşa) və yanvarın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.

Xatırladaq ki, “sarı-göylər” gələn il yanvarın 17-dən fevralın 2-dək qardaş ölkədə hazırlıq keçəcək.

Xəbər 558 dəfə oxundu.