Cənub Regional Futbol Federasiyası ilin ən yaxşılarını müəyyənləşdirib
Cənub Regional Futbol Federasiyası əhatə etdiyi rayonlarda klub, idarə, müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib.

Ümumilikdə 8 nominasiya üzrə ən yaxşılar seçilib.

“İlin futbol adamı” nominasiyasında Region Liqasının təşkili və keçirilməsində səmərəli fəaliyyətinə görə, AFFA-nın İcarəyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin sədri İsgəndər Cavadov seçilib.

Daha sonra “İlin ən gənc (bombardirləri) futbolçuları”, “İlin ən yaxşı futbol məşqçiləri”, “İlin ən fəal rayon federasiya nümayəndəsi”, cənub regionunda futbol xəbərlərini işıqlandıran “İlin ən yaxşı KİV-ləri”, futbolun və uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə seçilən “İlin ən yaxşıları” və “İlin veteran futbolçuları” nominasiyalarının qalibləri müəyyənləşib.

Xəbər 568 dəfə oxundu.