“Bavariya” klubu Kinqsli Koman ilə müqaviləni yeniləyib
“Bavariya” klubu hücuma meyilli yarımmüdafiəçi Kinqsli Koman ilə yeni müqavilə imzalayıb.

Yeni müqaviləyə əsasən, 21 yaşlı fransalı futbolçu 2023-cü ilin yayınadək Münxen təmsilçisinin heyətində çıxış edəcək.

Koman 2015-ci ildən “Bavariya”nın formasını geyinir. Bu müddət ərzində futbolçu iki dəfə Almaniya çempionatının, həmçinin kubok və super kubok yarışlarının qalibi olub.

Xəbər 561 dəfə oxundu.