Futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda növbəti oyunlar keçirilib
“Marafon” idman klubunda futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda yer alan komandalar növbəti oyunlarını keçiriblər.


Üçüncü tur çərçivəsində paytaxt “Atletiko”su ilə üz-üzə gələn “Yeni Günəşli” inamlı qələbə qazanıb – 2:0. Super Liqanın iddialı klublarından olan “Marafon” NUR ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. “Yasamal”-“Xilə” matçı da eyni hesabla yekunlaşıb.
Dördüncü turda futtennis üzrə Azərbaycan kuboku yarışlarının finalçısı olan “Marafon” güclü heyətə malik “Yeni Günəşli” qarşısında tab gətirə bilməyib – 1:2. Gün ərzində ikinci dəfə mübarizəyə atılan “Atletiko” isə “Yasamal” ilə bacara bilməyib – 0:2. Üçüncü turda qalib gələ bilməyən “Xilə” bu dəfə də məğlubiyyətlə barışıb. Heyətində futbol üzrə yığma komandamızın sabiq forvardı Fərid Quliyevin çıxış etdiyi NUR komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.

Xəbər 467 dəfə oxundu.