Qadın həndbolçuların yarışında “Nur” komandası doğma meydanda “Qarabağ” ilə görüşüb
Dekabrın 21-də həndbol üzrə Azərbaycan çempionatında fasilə başa çatıb.

Səkkizinci turun oyunlarına qadınlar arasında bir görüşlə start verilib. Son ölkə çempionu “Nur” doğma meydanda “Qarabağ” kollektivini qəbul edib. Mingəçevirdə “Kür” Olimpiya İdman Mərkəzində oynanılan matç qonaqların 27:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər qarşılaşmalarının həftəsonu keçirilməsi planlaşdırılır.

AZƏRTAC

Xəbər 1041 dəfə oxundu.