UEFA Çempionlar Liqasında “Milan” və “Barcelona” görüşəcək | |
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulur. İlk oyun günündə iki görüş baş tutacaq. Turnirin erkən finalı kimi dəyərləndirilən qarşılaşmada “Milan” və “Barcelona” görüşəcək. Tərəflər ilk görüşdən qolsuz heç-heçə ilə ayrıldığından, hər şeyə Kataloniyada aydınlıq gələcək. Meydan sahiblərinə mütləq qələbə lazım olduğu halda, italyanlar hətta qollu heç-heçə ilə yarımfinala çıxa bilərlər. Bu gün həm də “Olympique” (Marsel) ilk oyunda uduzduğu “Bayern”in qonağı olacaq. İkinci oyun günündə isə turnirin ən sürpriz komandalarından sayılan Nikosiya APOEL-i ilk oyunda doğma meydanda böyük hesabla uduzduğu Madrid “Real”ına müqavimət göstərməyə çalışacaq. Lakin şübhəsiz ki, ispanlar yarımfinala vəsiqəni əldən verməyəcək. “Benfica” isə “Chelsea”nin meydanında sürpriz etmək istəyir. Çempionlar Liqası 1/4 final (cavab oyunları) 3 aprel 23:45. Barcelona (İspaniya) – Milan (İtaliya) (ilk oyun 0:0) 23:45. Bayern (Almaniya) - Olympique (Marsel, Fransa) (2:0) 4 aprel 23:45. Chelsea (İngiltərə) - Benfica (Portuqaliya) (1:0) 23:45. Real (İspaniya) - APOEL (Cənubi Kipr) (3:0) |
|
Xəbər 1185 dəfə oxundu. |
|
|