Azərbaycan gimnastları Mixail Voronin Kubokunda bürünc mükafatlar qazanıblar
Moskvada “Olimpiyski” idman kompleksində Mixail Voronin Kuboku uğrunda idman gimnastikası üzrə XXIV beynəlxalq turnirdə ilk medalların sahibləri məlum olub.

Azərbaycanı təmsil edən Marina Nekrasova və Yuliya İnşina bürünc medallara sahib olublar. Hakimlər gimnastlarımızı 95,950 balla qiymətləndiriblər.

Birinci yeri rusiyalı gimnastlar Aleksandra Şekoldina və Angelina Melnikova (108,45 bal) tutublar. Gümüş medallara Özbəkistan idmançıları Dildora Aripova və Anastasiya Miroşniçenko (100,425 bal) sahib olublar.

1993-cü ildən keçirilən bu turnir həm rusiyalı, həm də xarici atletlər arasında çox populyardır. Budəfəki yarışlarda 26 ölkədən 164 idmançı iştirak edir.

Xəbər 925 dəfə oxundu.