Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 10-12 yaşlı yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar keçirilən birincilikdə 10 çəki dərəcəsində 50-yə yaxın idmançı mübarizə aparıb.

Yarışda Nicat Ocaqquliyev, Yəhya Paşayev, Tuncay Məmmədov, Ramal Kələşov, Ləzgi Xudadanlı, Fərid Rzayev, Süleyman Məmmədov, Əli Cəfərov, Allahverdi Bayram və Ayxan İsmayılov öz çəki dərəcələrində birinci yerlərə layiq görülüblər.

Sonda idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Xəbər 1147 dəfə oxundu.