Millimizin qapıçısı 2 problemlə üzləşib
Futzal üzrə Rusiya çempionatında növbəti turun oyunları keçirilib. Millimizin qapıçısı Andrey Tveryankin bu turda birdən-birə 2 problemlə üzləşib.
Onun çıxış etdiyi KPRF mövsümdə ən böyük hesablı məğlubiyyətini alıb. MOİK-ə 2:8 hesabı ilə uduzan komandanın məğlubiyyətində Tveryankinin oyunun əvvəlində buraxdığı səhvlər də rol oynayıb. Lakin problemləri buraxılan qollarla bitməyən Tveryankin matçın gedişində zədə də alıb.

Bu zədədən sonra qolkiperin dünya çempionatının pley-off mərhələsinin Rusiya ilə aprelin 9-da Tümendə keçiriləcək qarşılaşmasında oynayıb-oynamayacağı da bilinmir.

Xəbər 922 dəfə oxundu.