Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin yüksək fəxri adlarla təltif edilməsi barədə sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Ağayar Axundzadə, Nağı Babayev, Vaqif Davudov, Kamal Əhmədov, Qərib Əliyev, Firat Hüseynov, Zemfira Meftahəddinova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyev “Əməkdar Jurnalist”, Kamil İsgəndərov “Əməkdar Həkim” fəxri adları ilə təltif ediliblər.

Bundan başqa, Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Dövlətimizin başçısının digər Sərəncamı ilə Tahir Gözəl, Fərid Qayıbov və Elxan Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar.

Xəbər 1906 dəfə oxundu.