Kamil Bayramov Rostov klubunun yeni baş məşqçisidir
Azərbaycanlı Kamil Bayramov “SKA Rostov-na-Donu” futbol klubunun yeni baş məşqçisi təyin edilib. Daha əvvəl o, ordu idman klubunun gənclər komandası ilə işləyib.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, “SKA Rostov-na-Donu” klubunun baş direktoru Sergey Çebotaryov və klubun idman direktoru Oleq Dovqalyov yeni baş məşqçi Kamil Bayramovu və onun köməkçisi Aleksandr Tatarkini komanda üzvlərinə təqdim ediblər. “SKA Rostov-na-Donu” klubu 2015-ci ildən onunla işləyən əvvəlki məşqçilərlə hesablaşdıqdan sonra yeni təyinatlar rəsmən elan ediləcək.

Qeyd edək ki, 45 yaşlı K.Bayramov daha əvvəl vilayət çempionatının ali liqasında çıxış edən “SKA-2-DQTU” klubuna başçılıq edib. Rusiya birinciliyinin yaz mövsümündə ordu klubunun özəyini məhz bu komandanın gənc futbolçuları təşkil edəcəklər. K.Bayramov dəfələrlə Azərbaycan çempionudur, onun “A” lisenziyası var.

AZƏRTAC

Xəbər 582 dəfə oxundu.