Şəhriyar Məmmədyarov: “Krallar” komandasının heyətində çıxış edəcək
Noyabrın 18-dən 24-dək Moskvada nəsillərin “Şelkunçik” matç-turniri keçiriləcək.

Milad bayramına həsr edilmiş bu turnir çərçivəsində “Krallar” və “Şahzadələr” komandaları arasında ənənəvi qarşıdurma ilə yanaşı “Kraliçalar” və “Şahzadə xanımlar” arasında matç nəzərdə tutulur.

“Krallar” komandasının heyətində dünyada 4 reytinq sahibi olan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, 2012-ci ilin dünya vitse-çempionu israilli Boris Gelfand, 1999-cu ildə iddiaçıların final matçının qalibi olmuş latviyalı Aleksey Şirov və 2005-ci ilin Rusiya çempionu, Rusiyanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Sergey Rublyovski çıxış edəcək.

“Şahzadələr” komandasının şərəfini Rusiyanın aparıcı gənc şahmatçıları – 2016-cı il Rusiya çempionatının ali liqasının qalibi Qriqori Oparin, blits üzrə ölkə çempionu Vladislav Artemyev, Rusiyanın ən gənc qrossmeysteri Andrey Yesipenko, habelə bir sıra turnirlərin qalibi və mükafatçısı Daniel Yuffa qoruyacaq.

“Kraliçalar” komandasına qrossmeysterlər Yekaterina Kovalevskaya, Qalina Strutinskaya, Yelena Zayats və Tatyana Qrabuzova daxildir.

“Şahzadə xanımlar” komandası Aleksandra Maltsevskaya, Yelizaveta Solojenkina, Yekaterina Qoltseva və Aleksandra Dimitrovadan ibarət heyətlə təmsil olunub.

Şeveningen sistemi üzrə keçirilən turnir iki dövrədən ibarət olacaq. Bir komandanın hər bir oyunçusu digər komandanın hər bir oyunçusu ilə üç partiya oynayacaq – bir klassik şahmat və iki rapid partiyası.

Komandaların tutduğu yerlər hər komandanın bütün oyunçularının iki növdə - klassik və sürətli şahmat üzrə topladıqları xalların ümumi sayına əsasən müəyyən ediləcək.

Klassik şahmatda qalib gəlmiş oyunçuya iki xal, heç-heçə halında hərəyə bir xal, məğlub olan oyunçuya sıfır xal hesablanır. Sürətli şahmatda qalib gəlmiş oyunçuya bir xal, heç-heçəyə görə 0,5 xal, məğlub olan oyunçuya sıfır xal hesablanır. Komandanın bütün oyunçuları tərəfindən iki növ üzrə toplanmış xalların ümumi sayı bərabər olduqda yerlər komandanın bütün oyunçuları tərəfindən klassik şahmatda toplanmış xalların daha böyük sayına müəyyən edilir.

Turnirin baş hakimi rusiyalı beynəlxalq arbitr Aleksandr Tkaçovdur.

Qalib komandalar kubok və pul mükafatı alır. Mütləq yaxşı nəticələr göstərmiş (klassik şahmat+sürətli şahmat) idmançılara xüsusi mükafatlar təqdim ediləcək. Bundan əlavə, təşkilatçılar yarışda yaradıcı nailiyyətlərə görə mükafatlar təyin ediblər.

Xəbər 712 dəfə oxundu.