Şəmkirdə beynəlxalq cüdo turnirinə yekun vurulub
Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası və Şəmkir Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Aydın Rzayev (46 kq), Bəhram Qurbanlı (50 kq), Kərəm Babazadə (55 kq), Sərxan Əhmədov (60 kq), Ərəstun Həsənov (66 kq) və Arçil Mamulaşvlli (66 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Otuz iki komandadan 347 cüdoçunun qatıldığı çempionatda ümumi medal sayında "UGİM 1" komandası birinci, "Zirvə" ikinci, "Atilla" klubu isə üçüncü olub.

İki gün davam edən beynəlxalq turnirə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala və Şəmkir ilə yanaşı, Gürcüstan, Türkiyə və Latviyadan yeniyetmə cüdoçular qatılıblar.

Xəbər 680 dəfə oxundu.