“Azərsu” və “Azəryol” həndbol komandalarının oyunu heç-heçə başa çatıb
Dekabrın 16-da həndbol üzrə Azərbaycan kuboku uğrunda növbəti oyunlar keçirilib.

Qadın həndbolçuların yarışında “Qarabağ” komandası “İdman Akademiyası”na 39:26 hesabı ilə qalib gəlib. “Azərsu” və “Azəryol” komandalarının görüşü isə heç-heçə başa çatıb - 30:30.

Kişilərin mübarizəsində "Bakı" kollektivi gözlənilmədən “Məhsul” həndbolçularını 28:22 hesabı ilə məğlub edib. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri isə “Təhsil” komandasına böyük hesabla məğlub olublar - 23:38.

Yarışın ilk mərhələsinə dekabrın 17-də yekun vurulacaq.

AZƏRTAC

Xəbər 1047 dəfə oxundu.