“Real Madrid” klublararası dünya çempionatının qalibi olub
“Real Madrid” komandası FIFA-nın təşkil etdiyi klublararası dünya çempionatının qalibi olub.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki “Zayed Sports City” stadionunda oynanılan final qarşılaşmasında UEFA Çempionlar Liqasının sonuncu qalibi olan “Real” Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) Libertadores kubokunun sahibi “Qremio” (Braziliya) ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda yeganə qolu “Real”ın portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo vurub. Ulduz futbolçu matçın 53-cü dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirərək oyunun taleyini həll edib.

Bu, “Real”ın üçüncü çempionluğudur. Bundan əvvəl 2014-cü və 2016-cı illərdə də turnirin qalibi olan madridlilər bu yarışda ən çox çempion olan əzəli rəqibləri “Barselona”nın rekordunu təkrarlayıblar. “Real” bu kuboku ardıcıl iki dəfə əldə edən ilk komanda kimi tarixə düşüb.

Turnirin ən məhsuldar futbolçusu 7 qolla Kriştiano Ronaldo olub.

Xəbər 559 dəfə oxundu.