“Sevilya” ilk dəfə olaraq təqvim ili ərzində ev oyunlarında bir dəfə də uduzmayıb
“Sevilya” futbol klubu İspaniya çempionatının 16-cı turunda doğma divarlar arasında “Levante” ilə oyundan sülhlə (0:0) ayrılıb.

Əndəlüs klubu öz tarixində ilk dəfə olaraq təqvim ili ərzində ev oyunlarında bir dəfə də uduzmayıb.

“Ramon Santes Pisxuan” stadionunda keçirilən 26 oyunda “Sevilya” 17 qələbə qazanıb, 9 görüşdə heç-heçə edib.

Hazırda “Sevilya” turnir cədvəlində beşinci yerdədir. Komanda UFEA Çempionlar Liqasının səkkizdəbir finalında “Mançester Yunayted”, İspaniya Kubokunun səkkizdəbir finalında isə “Kadis” ilə görüşəcək.

Xəbər 552 dəfə oxundu.