Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışlara start verilib
Dekabrın 15-də həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışlara start verilib.

İlk yarış günündə qadınlar arasında “Gənclər Birliyi”-“İdman Akademiyası”, “Nur”-“Azərsu”, kişi həndbolçuların mübarizəsində isə “Məhsul”-Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (RİOEUGİM), “Təhsil”-“Bakı” oyunları keçiriləcək.

Dekabrın 16-da “Qarabağ” “İdman Akademiyası”na , RİOEUGİM “Təhsil”ə, “Azərsu” “Azəryol”a, “Bakı” isə “Məhsul”a rəqib olacaq.

Növbəti gün isə “Gənclər Birliyi”-“Qarabağ”, RİOEUGİM-“Bakı”, “Nur”-“Azəryol” və “Məhsul”-“Təhsil” görüşləri ilə birinci mərhələyə yekun vurulacaq.

Azərbaycan kuboku uğrunda mübarizənin növbəti mərhələsinin gələn ilin mart-aprel aylarında keçirilməsi nəzərdə tutulub.

Xəbər 837 dəfə oxundu.