Avropa Həndbol Federasiyası qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb
Avropa Həndbol Federasiyası (EHF) qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb.

Kişi komandalarımız 10 ildi avrokuboka qatılmadığından reytinqdə sonuncudu. Belə ki, siyahıda Azərbaycan aktivində xalı olmayan 48 ölkədən xalı olmayan 10-u arasında yer alıb. Ölkəmiz Albaniya, Andorra, Ermənistan, Farer adaları, İrlandiya, Latviya, Lixtenşteyn, Malta və Monteneqro ilə birgə 39-48-ci pillələrə şərikdi.

Qadın klublarımızın da uğursuzluğu siyahıda özünü göstərib. Bu reytinqdə Azərbaycan 30-cudu. Ötən illə müqayisədə yeri dəyişməyən ölkəmizin aktivində cəmi 3,63 xalı var. Bu isə 2018/2019 mövsümündə bizə EHF kubokunda 1, “Çelenc Cup”da 3 klubla iştiraka icazə verir.

Qeyd edək ki, reytinq son 3 mövsümün nəticəsinə əsasən tərtib edilir.

Xəbər 687 dəfə oxundu.