“Neftçi” “Zirə”ni məğlub edərək Azərbaycan kuboku yarışında yarımfinala vəsiqə qazanıb
Futbol üzrə Azərbaycan kuboku yarışında daha bir yarımfinalçı müəyyənləşib.

Günün ikinci qarşılaşmasında “Bakcell Arena”da “Zirə” ilə üz-üzə gələn “Neftçi” dörddəbir finaldakı rəqibini mübarizədən kənarlaşdırıb.

“Zirə” ilə səfər oyununda qapısından bir cavabsız qol buraxaraq məğlub olan “Neftçi” cavab görüşündə rəqibindən 2:0 hesabı ilə üstün olaraq iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Tərlan Əhmədovun rəhbərlik etdiyi komandanın heyətində qolları 36-cı dəqiqədə Uqo Barqas, 45-ci dəqiqədə isə Mirabdulla Abbasov vurublar.

Qeyd edək ki, aprelin 11-də və 18-də keçiriləcək yarımfinal mərhələsində paytaxt təmsilçisi “Qəbələ” – “Səbail” qarşılaşmasının qalibi ilə oynayacaq.

Xatırladaq ki, Azərbaycan kuboku uğrunda yarışlarda günün ilk yarımfinal oyununda Bakının “Keşlə” klubu Gəncənin “Kəpəz” komandasını məğlub edərək yarımfinala adlayıb.


Xəbər 827 dəfə oxundu.