“Beşiktaş” baş məşqçisini istefaya göndərib
“Beşiktaş” baş məşqçisi Karlos Karvalhalı istefaya göndərib. Klubun İdarə Heyəti keçirdiyi toplantısında mövsümün əvvəlində təyinatı reallaşan portuqaliyalı mütəxəssislə yolları ayırmaq barədə qərar qəbul edib. Bu haqda Karvalhala məlumat verilib.
Onu bu postda komandanın sabiq baş məşqçisi və kapitanı Tayfur Havutçu əvəzləyib.

Qeyd edək ki, Karvalhal ötən yay “Beşiktaş”da məhz Havutçunu əvəzləmişdi. Sonuncu oyun alqı-satqı məsələlərinə görə bir müddət həbsdə olaraq, yaxında azadlığa çıxıb.



Xəbər 1078 dəfə oxundu.