Draytulinq üzrə ölkə çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə dekabrın 23-24-də draytulinq üzrə ölkə çempionatı keçiriləcək.

Çempionat Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının qaydaları əsasında “ClimBaku” idman dırmanması mərkəzində təşkil ediləcək.

Çempionata qatılmaq istəyən şəxslər dekabrın 20-dək qeydiyyatdan keçə bilərlər. Turnirdə 14 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Xəbər 499 dəfə oxundu.