"Real Madrid" komandası klublararası dünya çempionatında "Barselona"nın rekordunu yeniləyib
Abu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının yarımfinal mərhələsində "Real Madrid" komandası Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubuna 2:1 hesabı ilə qalib gəlib. Finala yüksələn Madrid təmsilçisi qızıl medallar uğrunda görüşdə Braziliyanın "Qremio" komandası ilə qarşılaşacaq. Üçüncü yer uğrunda isə "Əl-Cəzirə" və Meksikanın "Paçuka" komandaları ilə üz-üzə gələcəklər.

"Real Madrid" Kriştianu Ronaldu və Qaret Beylin qolu ilə "Barselona"nın rekordunu yeniləyib. Hər iki klub klublararası dünya çempionatında ən çox qol vuran komandadır. Belə ki, İspaniya klubları çempionatın tarixində 23 qol vurub.

Xəbər 601 dəfə oxundu.