Bu gün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start veriləcək
Bu gün futbol üzrə Azərbaycan kubokunun dörddəbir mərhələsinə start veriləcək.

Cavab qarşılaşmalarının ilk günündə “Kəpəz” doğma meydanda “Keşlə” klubunu qəbul edəcək. Günün digər matçında “Neftçi” və “Zirə” klubları üz-üzə gələcəklər.

Dekabrın 15-də isə “Səbail”–“Qəbələ” və “Sumqayıt”–“Qarabağ” komandaları qarşılaşacaqlar.

Xəbər 567 dəfə oxundu.