“Rəvan” yenə “Kəpəz”lə bacarmadı
Bu gün Unibank Premyer Liqasında XXVI tur başa çatıb. İdman.com.az saytının məlumatına görə, turnir cədvəlində qonşu olan “Kəpəz”lə “Rəvan”ın oyunu birincilərin qələbəsi ilə nəticələnib. Bununla, gəncəlilər özündən 1 pillə irəlidə qərarlaşan rəqibinə bir qədər də yaxınlaşıb. İndi komandalar arasında xal fərqi cəmi 2-dir. “Kəpəz”in 7-ci pillədə olan AzAL-la xal fərqinin 7 olduğunu və çempionatın sonunda hələ 6 oyun qaldığını nəzərə alsaq, gəncəlilərin 2-ci “altılığ”ın çempionluğu mübarizəsində şansı az deyil.

2 aprel
“Kəpəz” – “Rəvan” - 1:0
Qol: Yuri Fomenko , 45 (pen.)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar - 3:2, 2:1

Xəbər 967 dəfə oxundu.