"Neftçi"nin prezidenti Klublar Komitəsinin sədri seçilib
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qarabağ", "Qəbələ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Kəpəz", "Zirə" və "Səbail" futbol klublarının nümayəndələri iştirak ediblər.

İclasda danışılmış oyunlarla və idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı müzakirələr aparılıb. Daha sonra sədr Kamran Quliyev komitənin 1 illik fəaliyyəti barədə çıxış edib.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə "Neftçi" klubunun prezidenti Orxan Hüseynzadə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Xəbər 583 dəfə oxundu.