Boksçumuz Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirəcək
Azərbaycanın və "Qəbələ" idman klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirəcək.

Təmsilçimiz Rusiyanın Yekaterinburq şəhərində təşkil olunacaq boks gecəsində qüvvəsini sınayacaq.

Otuz bir yaşlı boksçumuz dekabrın 15-də "Extra Round5" turniri çərçivəsində ukraynalı German Skobenko ilə qarşılaşacaq. Superağır çəkidə keçiriləcək döyüş 6 raund davam edəcək.

Xatırladaq ki, Z.Atakişiyev peşəkar rinqdə keçirdiyi 4 döyüşün hamısında qələbə qazanıb. Bunların ikisində təmsilçimiz nokautla qalib gəlib. Onun rəqibinin hesabında isə biri nokautla olmaqla 4 qələbə və bir məğlubiyyət var.

Xəbər 709 dəfə oxundu.