Azərbaycan nümayəndə heyəti ali kateqoriyalı UEFA nümayəndələri üçün seminarda iştirak edəcək
Yanvarın 29-da İsrailin Tel-Əviv şəhərində ali kateqoriyalı UEFA nümayəndələri üçün seminar başlayacaq.

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycanı “Neftçi” futbol klubunun prezidenti Orxan Hüseynzadə, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və beynəlxalq əlaqələr departamentinin müdiri Könül Mehtiyeva təmsil edəcəklər.

Seminara yanvarın 30-da yekun vurulacaq.

Qeyd edək ki, Orxan Hüseynzadə 2010-cu ildən etibarən qitə qurumunun bayrağı altında keçirilən 44 beynəlxalq oyuna UEFA nümayəndəsi kimi təyinat alıb.

Xəbər 542 dəfə oxundu.